Elçin Babayev: Geomaqnit qasırğası sabahdan əvvəlki normasına düşəcək

“Təqribən 5 gündür başlayan geomaqnit qasırğası aramsız davam edir və vaxtaşırı G1, G2 kateqoriyalı səviyyələrə keçib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, qasırğaya səbəb Günəşdəki tac dəliklərindən başlanğıcını götürən yüksək surətli günəş plazma küləyidir.

E.Babayev qeyd edib ki, Günəşin səthində heç bir günəş ləkəsi müşahidə olunmur: “Adətən bu ləkələr və onların yaxınlığında olan alışmalardan sonra bu cür mürəkkəb vəziyyət yaranarsa, kosmik hava korlanırdı. Günəşin səthində orta ölçüyə malik tac dəliyindən əsən günəş plazma küləyidir. Bu külək 5 gündür yerətrafı fəzaya çatıb və Yer həmin küləyin ağuşundadır. Bu da geomaqnit qasırğasına səbəb olur”.

Direktor müavini əlavə edib ki, kosmik hava korlanmış metro şəraitlə tandem təşkil edirsə, diskomfort vəziyyət artır. Bu halda həkimlər hansısa qabaqlayıcı məsləhətlər verir: “Belə hava ilk növbədə risk qrupuna daxil olanlara təsir edir. Ürək-qan damar sistemi, xroniki xəstəliklərə məruz qalan insanlar, qismən də ahıl insanlar və azyaşlılar daha çox diskomforta məruz qalırlar. Belə hallar adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir. Heç bir təşvişə düşməyə ehtiyac yoxdur. Çünki Yerdə insanlar müxtəlif zamanlarda baş verən geomaqnit qasırğalarına məruz qalır. Geomaqnit qasırğası sabahdan əvvəlki normasına düşəcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında