Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 100-220, Lənkəran-Astara bölgəsi çaylarında 60-110 , Naxçıvan MR çaylarında isə 190 faizini təşkil edir.

Departamentdən verilən məlumatda daha sonra deyilir ki, oktyabrın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 123 kubmetr olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 135 kubmetr olmaqla ongünlük normanın 83 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 58 kubmetr olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 51 kubmetr təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Oktyabrın 9-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 26, Şirvanda 14, Salyanda 10, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 40 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 sm (2016-cı il oktyabrın 9-da 411 sm), Şirvanda 329 sm, Salyanda 264 sm, Bankədə 214 sm, Araz çayının Novruzlu məntəqəsində isə 130 sm təşkil edir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında