Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-40 və Naxçıvan MR çaylarında isə 130  faizini təşkil edir.

Departamentin məlumatında daha sonra qeyd olunur ki, sentyabrın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 67 kubmetr olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 208 kubmetr olmaqla ongünlük normanın 150 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 12,5 kubmetr olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 58 kubmetr təşkil edərək ongünlük normanın 60  faizinə bərabər olub.

Sentyabrın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində  4, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma, Bankədə və Salyanda isə 2 santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2016-cı il sentyabrın 25-də 453 sm), Şirvanda 191 sm, Salyanda 131 sm (2016-cı il sentyabrın 25-də 298 sm), Bankədə 197 sm (2016-cı il sentyabrın 25-də 235 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2016-cı il sentyabrın 25-də 175 sm) təşkil edir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında