Məişət tullantılarının idarə olunmamasına görə bələdiyyə sədri cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Daşkəsən rayonu, Xoşbulaq kənd sakini Elnarə Rəhimova tərəfindən kənd ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı, daşınmadığı və bu səbəbdən ətrafa kəskin iyin yayıldığı müəyyən edilib.

Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, faktla bağlı Xoşbulaq bələdiyyəsinin sədri R.Allahverdiyev barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. 

Eyni zamanda Xoşbulaq kəndi ərazisində tullantıların idarə olunmasında aşkar olunan pozuntuların aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi üçün Daşkəsən Rayon İcra Hakimiyyətinə müraciət olunub.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında