Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Departamentin məlumatında daha sonra qeyd edilir ki, iyulun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 77 kubmetr olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 102 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 26 kubmetr olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 117 kubmetr təşkil edərək ongünlük normanın 133 faizinə bərabər olub.

İyulun 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 1, Şirvanda 6, Salyanda 8 sm artım, Bankədə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2016-cı il iyulun 28-də 363 sm), Şirvanda 203 sm, Salyanda 120 sm (2016-cı il iyulun 28-də 143 sm), Bankədə 183 sm (2016-cı il iyulun 28-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 54 sm (2016-cı il iyulun 28-də 70 sm) təşkil edir.

Samirə Əliyeva,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında