Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-110 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, martın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 288 kubmetr olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 250 kubmetr olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr olmaqla ongünlük normanın 72 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 93 kubmetr təşkil edərək ongünlük normanın 99 faizinə bərabər olub.

Martın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma, Şirvan məntəqəsində 4, Bankədə 2 santimetr artım qeydə alınıb, Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 395, Şirvanda 251, Salyanda 176, Bankədə 185, Araz çayının Novruzlu məntəqəsində isə 95 santimetr təşkil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında