Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba – Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-200, Kiçik Qafqazın çaylarında
160-200, Lənkəran-Astara bölgəsi çaylarında isə  50-80  faizini təşkil edir.

Yanvarın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 138 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 116 kubmetr olmaqla ongünlük normanın 74 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 53 kubmetr olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 kubmetr təşkil edərək ongünlük normanın 118 faizinə bərabər olub.

Yanvarın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Surra məntəqəsində 25, Salyanda 2,  Araz çayının Novruzlu məntəqəsində 11 sm artım, Şirvanda və Bankədə isə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 444 sm (2016-cı il yanvarın 30-da 486 sm), Şirvanda 289 sm (2016-cı ildə 381 sm), Salyanda 251 sm (2016-cı ildə 222 sm), Bankədə 215 sm (2016-cı ildə 242 sm), Araz çayının Novruzlu məntəqəsində isə 159 sm (2016-cı il yanvarın 30-da 225 sm) təşkil edir.

         Samirə Əliyeva,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında