Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 170-240, Lənkəran-Astara bölgəsi çaylarında isə  40-80  faizini təşkil edir.

Yanvarın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 132 kubmetr olmaqla ongünlük normanın 81 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 130 kubmetr olmaqla ongünlük normanın 80  faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 kubmetr olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 41 kubmetr təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.

Yanvarın 9-da Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Şirvanda və Salyanda 2 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım qeydə alınıb, Kür çayının Surra məntəqəsində və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 460 sm (2016-cı il yanvarın 9-da 458 sm), Şirvanda 341 sm (2016-cı ildə 353 sm), Salyanda 303 sm (2016-cı ildə 307 sm), Bankədə 233 sm (2016-cı ildə 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 181 sm (2016-cı ildə 183 sm) təşkil edir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında