Akademik Ramiz Məmmədov: “Xəzərdə və Abşeronda qasırğalı küləklərin sayı azalıb”

“Hazırda Xəzər dənizində və Abşeron yarımadasında qasırğalı küləklərin sayının azalması və onların istiqamətinin dəyişməsi müşahidə olunur”.

Bunu APA-ya AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O qeyd edib ki, əvvəllər Xəzər dənizi və Abşeron yarımadasında şiddətli küləklərin sayı çox olub, hazırda şiddətli küləklərin sayı azalıb: “Əvvəllər qasırğalı küləklər şimal və şimal-qərb istiqamətində əsirdisə, hazırda şimal-şərq istiqamətində əsir. Burada adi vətəndaş üçün qeyri-adi heç nə yoxdur. Amma adi məsələ deyil. Bunun ardınca çox böyük problemlər baş verə bilər. Ekosistemdə bu cür dəyişiklik qlobal dəyişiklikdir. Qasırğalı küləklərin azalması həm bitki, həm flora-fauna aləminə, həm də insanların yaşayış tərzinə çox ciddi təsir göstərən amildir. Biz bu siqnala adaptasiya olmalıyıq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında