“Məktəblərin yaşıl şəbəkəsi”

Bakı şəhərində “Ekoklub”ların fəaliyyət göstərdiyi 30 pilot ümumi təhsil müəssisəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsinə start verilib.

Təhsil Nazirliyindən verilən məlumatda deyilir ki,  Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə  proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafını möhkəmləndirmək, məktəblilərin ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakını təmin etməkdir.

Layihə üzrə pilot ümumi təhsil müəssisələrinin şagirdlərinə vətəndaşların qənaətcil davranış prinsiplərinə xidmət edən enerji ehtiyatlarından səmərəli istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması bacarıqlarının aşılanması nəzərdə tutulur.

Layihə çərçivəsində pilot məktəblər “Məktəblərin yaşıl şəbəkəsi” mövzusunda keçiriləcək müsabiqədə iştirak edəcəkdir. Müsabiqənin sonunda məktəblərin ekoloji pasportlaşdırılması aparılacaqdır.

Müsabiqədə fərqlənən məktəblərə “Mənim məktəbim ətraf mühitə diqqətlidir” ekoloji emblemi təqdim olunacaqdır.

Samirə Əliyeva,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında