Ekologiya və Təbii Sərvətlər Nazirliyi Girdiman çayında monitorinq aparır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti və İsmayıllı Regional ekologiya şöbəsinin əməkdaşları bir neçə gündür, İsmayıllı və Ağsu rayonlarının ərazisindən keçən Girdiman çayında həm vizual, həm də analitik təhlil məqsədilə monitorinqlər aparıblar. İlkin olaraq o ərazilərdən su nümunələri götürülüb və analiz aparılması üçün Mərkəzi Laboratoriyaya təhvil verilib.

 APA-ya açıqlamasında ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitdə baş verən dəyişikliklərin araşdırılması və bioloji müxtəlifliyin qorunması istiqamətində fəaliyyət göstərir, içməli suyun keyfiyyətinə nəzarət digər dövlət qurumlarının səlahiyyətinə aiddir: “Ona görə də biz yalnız ekoloji qiymətləndirmə məqsədi ilə həmin ərazilərdə monitorinqlər keçirmişik. Metodikadan asılı olaraq elə analizlər var ki, onların son nəticələri 5-7 gün ərzində məlum olur. Məsələn, oksigenə bioloji tələbatla bağlı analizin nəticəsi 5 gün ərzində müəyyənləşir. Girdiman çayı ilə bağlı analizin nəticələri hazır olanda bununla bağlı ətraflı açıqlama veriləcək”.

Qeyd edək ki, İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyunun rəngi və dadı dəyişib. Bu, yerli əhalidə narahatlıq yaradıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında