Nəbatat bağının fəaliyyəti genişləndirilir

Muxtar respublikanın iqlim şəraitinə uyğun kənd təsərrüfatı bitkilərinin müəyyənləşdirilməsi və bitki ehtiyatlarının zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Nəbatat bağında bitkilərin biomüxtəlifliyinin öyrənilməsi və toxum genefondunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür, geniş elmi-tədqiqat işləri aparılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Nəbatat bağına gəlib, burada görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, Nəbatat bağının sahəsi 13,2 hektar, muxtar respublika üzrə balansında olan torpaqların sahəsi isə 80 hektardan artıqdır. Burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genefondu bağı yaradılıb. Bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Nəbatat bağında “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana quraşdırılıb. İstilikxana tam avtomatlaşdırılmış iqlim nəzarət, istilik, havalandırma və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi bitkilərin normal inkişafına imkan verir. Burada sitrus, Hind-Çin, Afrika, Avstraliya, Ərəbistan və digər bu kimi mənşəli bitkilər olmaqla 10 bölmə yaradılıb və 100-ə yaxın bitki əkilib. Artıq bu bitki növlərinin bəziləri muxtar respublikanın iqlim şəraitinə uyğunlaşdırılıb və açıq havada çoxaldılmasına başlanılıb. Həmçinin təcrübə sahələrində Naxçıvan Dövlət Universitetinin biologiya və coğrafiya ixtisaslarının tələbələrinin iştirakı ilə açıq dərslər keçirilir.

Ali Məclisin sədri Nəbatat bağının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb, bu məqsədlə təsərrüfathesablı müəssisənin yaradılması, tingçilik sahələrinin genişləndirilməsi, toxum genefondunun formalaşdırılması, müəyyənləşdirilən məhsuldar toxum sortlarının “Araz” Elm İstehsalat Birliyi ilə birlikdə təsərrüfatlara paylanılması barədə tapşırıqlar verib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında