Kanadada “Xəzər dənizinin hidrometeorologiyası” adlı elektron atlas işıq üzü görüb

Xəzəryanı ölkələrin siyasətçiləri bu dənizin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün danışıq və müzakirələri davam etdirdiyi kimi, həmin ölkələrin alimləri də Xəzərin bütün sirlərini araşdırıb öyrənmək istiqamətində əməkdaşlığı genişləndirirlər. Məhz həmin əməkdaşlığın nəticəsidir ki, 2014-cü ilin sentyabrında Həştərxanda keçirilən Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV Sammiti çərçivəsində  bu dövlətlərin müvafiq nazirlikləri   “Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi”  imzalamışdı.

Bu il martın birinci ongünlüyündə isə  Kanadadan Xəzərlə bağlı mühüm xəbər gəlmişdir.

Məlumatda bildirilir ki, Kanadanın  aparıcı nəşriyyatlarından biri  Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru,  akademik Ramiz Məmmədov və İran İslam Respublikasının Xəzər Dənizi Tədqiqatları Mərkəzinin bölmə müdiri,  doktor Humayun Xoşrəvanın “Xəzər dənizinin hidrometeorologiyası” adlı atlasının elektron versiyasını nəşr etmişdir.

Akademiyadan verilən məlumatda  göstərilir ki, atlasın giriş hissəsində Xəzər dənizi və onun hövzəsinin fiziki-coğrafi və iqlim xüsusiyyətləri haqqında ümumi məlumatlar, Azərbaycan Respublikasında Xəzər dənizinin tədqiqatlarının təşkili tarixi, bu sahədə işləyən elmi-tədqiqat institutları və dövlət təşkilatları, onların fəaliyyətinin istiqamətləri və s. haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, İran İslam Respublikasında bu tədqiqatlar son zamanlar başlasa da, artıq genişləndirilir.

Xəbərdə gösrərilir ki, atlas üç fəsildən, 270 xəritədən ibarətdir.   Birinci fəsildə Xəzərin sahil zonasının və dibinin geomorfoloji xüsusiyyətləri və xəritələri, onların şərhi təqdim olunur. Sonrakı  fəsil dənizin fiziki xassələrinə həsr olunmuşdur. Burada dənizin axınları və su dövranları, səth dalğaları, suyun temperaturu, duzluluğu, şəffaflığı  və başqa parametrlərin xəritələri və onların şərhləri verilir. Xəzərin əsas problemlərindən biri olan səviyyə məsələsi də bu fəsildə öz əksini tapmışdır.

Sonuncu — üçüncü fəsil isə Xəzər dənizinin iqlimi və meteorologiyası haqqındadır. Orada havanın temperaturu, rütubəti, şəffaflığı, buludluluq, küləyin istiqaməti və sürəti, günəş radiasiyası və istilik büdcəsinin xəritələri verilmişdir.

Alimlərin fikrincə, bu atlas   Xəzər dənizi ilə maraqlanan təsərrüfat işçiləri və elmi tədqiqatçılar üçün mühüm vəsaitdir.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında