Nəsimi rayonunda ilin “Yaşıl marafonu” start götürmüşdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ötən il keçirilən ağacəkmə kampaniyası bu il də davam etdirilir.

 Bu nəcib təşəbbüsün önündə gedən Bakının Nəsimi rayonu ictimaiyyətinin nümayəndələri ümimrespublika yaşıl marafonu layihəsi çərçivəsində ilk ağacəkmə aksiyası keçirmişlər. Rayon rəhbərliyinin, idarə və təşkilat təmsilçilərinin, təsərrüfat xidmətləri işçilərinin - ümumilikdə 500- dən çox insanın iştirakı ilə rayon ərazisində böyük bir ərazidə yaşıllıq salınmışdır.

 Nəsimi rayonunda son vaxtlar abadlaşdırılan ərazilərdə əlavə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. Əvvələlər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün qabaqcadan su maşınları cəlb olunmuş, yeni su xətti çəkilmişdir. Kifayət qədər dekorativ əkin materialı alınmış, rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə xarici ölkələrdən də müxtəlif gül və ağac kolları gətirilmişdir.

İməcilik günü 2000 ədəd yeni ağac və gül kolu əkilmiş, hazırlanmış sahəyə qazon otu döşənmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov aksiyada iştirak edərək, ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Bildirilmişdir ki, layihə çərçivəsində görülən işlər Prezident İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.

Nəsimi rayonunda yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur. Mövsüm ərzində rayonda davamlı yaşıllaşdırma aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdur.

R. TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında