Qeyri-sabit hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, oktyabrın 9-u  səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçmiş, şimşək çaxmış, yağış yağmış, bəzi yerlərdə intensiv, Lənkəran-Astara bölgəsində isə daha güclü olmuşdur.

Qubanın dağlıq ərazilərinə sulu qar, Ləzədə isə qar yağmışdır. Qar örtüyünün hündürlüyü 1santimetr olmuşdur.

Ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənmişdir. Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq havanın temperaturu tədricən aşağı enmişdir.

Sinoptiklərin verdikləri proqnoza əsasən qeyri-sabit hava şəraiti davam edəcək.

Qəzənfər  QASIMOV,
"Xalq   qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında