BMT Aral gölünün qurumasını planet üçün təhlükə hesab edir

Müasir dünyanın çoxsaylı problemlərlə üz-üzə qaldığı hamıya məlumdur. Həmin təhlükələrin böyük əksəriyyəti qlobal  istiləşmə və təbiətdə gedən digər proseslərlə bağlı olsa  da, insanların təbiətə vurduğu ziyan nəticəsində yaranan problemlər də az deyil. Məsələn, kütləvi informasiya vasitələri xəbər verirlər ki, son 50 ildə dünyanın ən böyük dördüncü gölü olan Aralın 90 faizi  quruyub.

Alimlərin səsləndirdiyi çoxsaylı həyəcan siqnallarından sonra Aral gölünün qurumasına diqqəti çəkmək üçün bölgəyə gedən BMT-nin Baş katibi Pan Gi Mun, Aral gölünün qurumasını dünyanın ən qorxunc fəlakətlərindən biri adlandırıb. Məlumatlarda göstərilir ki, baş katib helikopterlə gölə keçirdiyi baxışdan sonra jurnalistlərə bu yerin göl yox, sadəcə gəmi qəbiristanı olduğunu deyib.

Bu problemin sırf təbii proseslərlə deyil, həm də insan amili ilə bağlı olduğunu deyən alimlər öz fikirlərini belə əsaslandırırlar: “Özbəkistanla Qazaxıstan sərhədindəki Aral Sovet İttifaqı dövründə regionda istehsal olunan pambıq istehsalını artırmaq üçün gölə tökülən çayların məcrasının dəyişdirilməsi ilə  — 1960-cı illərdən bəri qurumağa başlayıb. Belə ki, Sovetlər Birliyinin nəhəng pambıq tarlaları yaratmaq planı çərçivəsində, 1940-cı illərdən suvarma kanalları tikilməyə başlanmışdı və 1960-cı illərdə göldən hər il böyük həcmdə su çəkilirdi. Nəticədə əsrin son illərində  göl orijinal böyüklüyünün 10 faizi qədər qalmış  və ikiyə bölünmüşdür”.

Bu fakta bütün beynəlxalq təşkilatların, o cümlədən BMT-nin xüsusi narahatlıqla münasibət bildirməsinin səbəblərini açıqlayan alimlər israr edirlər  ki, Aralın kiçilməsi balıqçılığa zərbə vurmaqla yanaşı, suların çəkilməsiylə dibdə qalan duzlu qum təbəqələri külək əsdikdə Skandinaviya və Yaponiyaya qədər uçur, yerli xalqın sağlamlığına zərər vurur. Bundan başqa, qurumuş göl yatağı indi paslanmış köhnə balıqçı gəmilərinin qəbiristanlığına dönüb və uşaqların oyun meydançasına çevrilib. Böyüklərə nisbətən uşaqların daha tez xəstələndiyini söyləməyə isə ehtiyac yoxdur. Gölün qurumasına səbəb olan dövlətin indi mövcud olmadığına görə BMT rəhbərliyi  dünya liderlərini aralarındakı anlaşılmazlıqları bir tərəfə qoyaraq Aral  üçün tədbirlər görməyə çağırıb və bu təşəbbüsə hərtərəfli dəstək veriləcəyini bildirib.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında