Kür və Araz çaylarının suyu qonşu ölkələrdə çirkləndirilir

 Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nazirliyin  Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının  üçüncü  ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Məlum olub ki, həmin dövrdə Kür çayında suyun sərfi  ayın ikinci ongünlüyünə nisbətən 33,7 kubmetr-saniyə  azalaraq 50,1  kubmetr-saniyə təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkli sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4,9, Ağstafaçayda 4,4, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini  keçib.  Eyni zamanda,  ayın üçüncü  ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 2,9, Birinci  Şahsevəndə 2,2, Bəhramtəpədə isə 2,5 dəfə normadan artıqdır. 

Məlumatda bildirilir ki, mis birləşmələri  Kür və Araz çayları üzrə bütün məntəqələrdə əsasən norma daxilindədir.  Suyun oksigen rejimi isə bütün məntəqələrdə  hər litrdə 6,85  --7, 38  milliqram arasında olub. Bu isə  sanitar göstəricilərin  norma daxilində dəyişməsi deməkdir.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında