Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməcilik keçirildi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya xüsusi diqqət yetirmiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Ulu öndərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verir.

Xatırladaq ki, ulu öndər Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası ilə Nərimanov  Rayon İcra Hakimiyyəti tərəfindən 15 hektar sahəni əhatə edən ərazidə yaşıllıq zolağı salınmışdır. Artıq yeddi ildir ki, davam edən ağacəkmə kampaniyası nəticəsində sözügedən ərazidə İtaliyadan gətirilmiş 5 mindən çox leylandra və müxtəlif növ digər ağac və kol bitgiləri əkilmiş, həmin ağaclar boy ataraq hündürlükləri 2-3 metrdən 8-10 metrə çatmışdır.

Ənənənin davamı olaraq 2015-ci il mayın 6-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirildi. Xatırladaq ki, məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Yeni Azərbaycan Partiyası rəhbərliyinin, Milli Məclisin deputatlarının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllülərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu iməcilikdə ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud yaşıllığa aqrotexniki qulluq edildi və ərazidə 350-dən artıq müxtəlif növ ağac və kollar əkildi.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında