Naxçıvanda yaz iməcilikləri davam etdirilir

Zəngin təbiətə malik olan Naxçıvanın yaşıllıq sahələri ilbəil genişləndirilir. Təbiətə qayğı ilə yanaşan, bu işdə öz səyini əsirgəməyən muxtar respublika ictimaiyyəti elliklə iməciliyə çıxır, yaşıllaşdırma tədbirlərində yaxından iştirak edirlər. Çəkilən zəhmətin nəticəsidir ki, artıq muxtar respublikada min hektarlarla yeni meyvə bağları ərsəyə gəlmişdir. Son illər “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin yaxınlığında da iməciliklər yolu ilə geniş meyvə bağı salınmışdır.

Aprelin 25-də muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində növbəti iməciliklər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin yaxınlığındakı meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.

Ötən iməciliklər dövründə 3,5 hektar ərazidə müxtəlif meyvə tingləri əkilmişdir. İməcilik iştirakçıları ağaclara aqrotexniki qulluq göstərərək suvarmış, ətrafda səliqə-sahman yaratmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında