Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Binəqədi  rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, IDEA İctimai Birliyinin layihələr departamentinin əməkdaşı Nigar Qarayeva, icra strukturlarının rəhbərləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən tədbir də  “Bakı 2015”  I Avropa Oyunları Əməliyyat Komitəsinin direktoru   Elçin Səfərov, IDEA İctimai Birliyinin nümayəndəsi Nigar Qarayeva Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğuladılar.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ulu öndər Heydər Əliyevin təbiəti qorumaq, onun qayğısına qalmaq   missiyasının hər bir həmvətənimiz üçün örnək olduğunu diqqətə çatdıraraq, bu missiyanın möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edildiyini diqqətə çatdırmışdır. RİH başçısı vurğulamışdır ki,  IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən yaşıllaşdırma aksiyaları vizual görünüşlə yanaşı, ekoloji mühitin qorunması, insanlar arasında təbiətə qayğı hissinin güclənməsi üçün ciddi əhəmiyyətə malikdir.

X.İsgəndərov ağacəkmə aksiyasının məhz bu məkanda keçirilməsinin təsadüfi olmadığını, “Bakı 2015” I Avropa Oyunları çərçivəsində stend atıcılığı və dağ velosipedi yarışlarının bu əraziyə yaxın sahədə reallaşacağını, bu mötəbər idman oyunları ərəfəsində belə aksiyaların böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq demişdir ki,   Prezident İlham Əliyevin təşəbbüsü və yaratdığı imkanlar sayəsində baş tutacaq   Oyunlar  ölkə həqiqətlərinin təbliği baxımından mühüm önəm daşıyır.  Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində elan etdiyi “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində keçirilən “Təmiz Binəqədi - təmiz ideya” yazı müsabiqəsinə təqdim olunan məqalə müəlliflərinin mükafatlandırılması mərasimi ilə davam etmişdir.

Sonra ağacəkmə aksiyasına start verilmiş, aksiya zamanı ümumilikdə 2 min ədəd şam ağacı əkilmiş, onlara qulluq göstərilmişdir.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında