Suraxanı rayonunda ağacəkmə kampaniyası

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə I Ümumrespublika yaşıllaşdırma marafonuna qoşulan suraxanılılar ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edən bu nəcib təklifi dəstəkləyərək rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini uğurla davam etdirirlər.

Suraxanı Rayon İcra Hakimiyyətinin,  rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, icra hakimiyyətinin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin,  bələdiyyələrin, sənaye, səhiyyə, təhsil müəssisələrinin və sakinlərin iştirakı ilə   rayonda bu layihənin reallaşması istiqamətində növbəti iməcilik dünən  Zığ qəsəbəsində, “Dədə Qorqud” yaşayış sahəsində yerləşən “N” saylı hərbi hissənin ərazisində keçirilmişdir.  İməcilikdə rayonun idarə və müəssisələrində çalışan 200 nəfərdən artıq işçi iştirak etmişdir. Müvafiq hamarlama işləri aparılmış ərazidə kiparis ağacları əkilmişdir. Həmin gün, eyni zamanda, rayonun digər yerlərində də ağac əkilmişdir. İməcilikdə ümumilikdə 500 ağac basdırılmışdır.

 “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən I Ümumrespublika yaşıllaşdırma marafonunun növbəti mərhələsində Suraxanı rayonunda 3 min 500 ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə həyata keçirilən belə aksiyaların gələcəkdə miqyasının genişləndirilərək daha böyük ərazini əhatə etməsi nəzərdə tutulub.

V.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında