Səbail rayonunda “yaşıl marafon” davam edir

“Ümumrespublika yaşıl marafonu” çərçivəsində növbəti şənbə iməciliyi zamanı Səbail rayonundakı çılpaq yamaclarda– Abbasqulu Abbaszadə küçəsi boyunca böyük bir ərazidə rayon rəhbərliyini, idarə və müəssisələri, təsərrüfat xidmətlərini təmsil edən 500-dən çox adamın iştirakı ilə 2 min yeni ağac əkilmiş, əvvəl basdırlmış bu qədər fidana isə qulluq göstərilmişdir.

İməcilikdən əvvəl ərazidə hazırlıq- təmizlik işləri görülmüş, yeni torpaq qatı salınmış və gübrələnmişdir. Ağacların suvarılması üçün yeni su xətti çəkilmiş, əlavə su maşınları cəlb olunmuş, dekorativ ağac və gül kolları alınmış, əkin ləvazimatı tədarük olunmuşdur.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov aksiyaya qoşularaq, bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı cari tapşırıqlar vermiş və  rəhbərlik etdiyi aparatın kollektivi ilə birlikdə xeyli ağac əkmişdir.

 İməciliyi işıqlandıran media təmsilçilərinə bildirilmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın çağırışı ilə ötən ildən ölkəmizdə start götürmüş  “Ümimrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Səbail rayonu ərazilərində də geniş yaşıllıqlar salınmışdır. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdiyilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı, xarici ölkələrdən nadir gül və ağac kolları da gətirilmişdir.

Rayon ərazisində son vaxtlar yamaclarda və yol kənarlarıda əkilən ağacların sıx sıraları ekoloji tarazlığa və insanların sağlamlığına xidmət etməklə yanaşı, Səbail rayonunun ərazisindəki çılpaq yüksəklikləri də gözəlləşdirir, massivə yaşıl don biçir. İlin əvvəlindən Səbail RİH Bakı şəhərinin cənub çıxışında, Salyan yolu boyunca böyük bir ərazidə də irimiqyaslı yaşıllaşdırma işləri aparır.

Jurnalistlərə bildirilmişdir ki, ümumiyyətlə, son vaxtlar təşkil olunan iməciliklər və digər işlər Prezident İlham Əliyevin paytaxtda yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə və bu il Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində şəhərin daha da gözəlləşməsinə səbaillilərin töhfəsini artırır. Mövsüm ərzində rayonda “yaşıl marafon”un davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

R. TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında