Nəsimi rayonunda yaşıllaşdırma kampaniyası davam edir

Son illər ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür, müxtəlif layihələr  həyata keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika Yaşıllaşdırma” marafonu da bu sahəyə verilən dəyərin bariz nümunəsidir. Keçən ilin noyabrında start götürən marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq etməkdir.

Marafon çərçivəsində və Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlaqla bağlı Nəsimi rayonunda həyata keçirilən yaşıllaşdırma, abadlıq və yenidənqurma işləri getdikcə vüsət alır.

Dünən keçirilmiş növbəti iməcilikdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və aparatın kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Həmin gün rayonun Vaqif prospektində, Səməd Vurğun və Xan Şuşinski küçələrində 250-dən çox həmişəyaşıl ağac əkilmiş, abadlıq işləri görülmüşdür.

Nəsimi rayonunda mütəmadi olaraq yaşıllaşdırma, abadlıq və yenidənqurma işləri həyata keçirilir. Bu aksiyalarda sakinlər, idarə və təşkilatların nümayəndələri fəallıq nümayiş etdirirlər. Bunun sayəsində rayon ərazisi abad, yaşıllıqlarla zəngin məkana çevrilmişdir. Rayonda yaşıllıq zolaqlarının artmasına, ekologiyanın qorunmasına və şəhərimizin simasının daha da gözəlləşməsinə yönəlmiş işlərin miqyası genişlənir.

Ayaz HƏMİDOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında