Naxçıvanda yaşıllaşdırma tədbirləri davam etdirilir

Yaşıllıq sahələrinin genişləndirilməsi indiki və gələcək nəsillərin sağlamlıqlarının qorunmasına, təbiətin zənginləşdirilməsinə xidmət edir. Təbiətin qorunmasını və zənginləşdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir”.

Ekologiyanın qorunmasında muxtar respublikada keçirilən iməciliklərin mühüm rolu vardır. Bu günlərdə muxtar respublikada havaların xoş keçməsi iməciliklərin davam etdirilməsinə, yeni yaşıllıq sahələrinin salınmasına imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki,  dekabrın 20-də muxtar respublikada növbəti iməcilik keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Dövlət Meşəsində keçirilən iməcilikdə iştirak ediblər.

 İməcilik iştirakçıları 1,5 hektar sahədə meşə-bərpa işləri aparıb, 1000-dən artıq müxtəlif meyvə tingləri əkiblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak edib, bundan sonra da Uzunoba Dövlət Meşəsində meşə-bərpa işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında