Nəsimi rayonunda yaşıllaşdırma kampaniyası davam edir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ölkəmizdə artıq on minlərlə ağac əkilmişdir. Marafonla bağlı Nəsimi rayonunda aparılan yaşıllaşdırma kampaniyası getdikcə vüsət alır.

Dünən keçirilmiş növbəti iməcilikdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və aparatın kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Həmin gün rayonun 20 Yanvar, Ceyhun Hacıbəyli küçələrində, Vaqif prospektində 300-dən çox həmişəyaşıl ağac, gül və dekorativ kollar əkilmişdir. Bundan savayı 20 Yanvar küçəsində yeni yaşıllıq zolağının salınacağı ərazidə təmizləmə işlərinə start verilmişdir.

“Ümumrespublika yaşıllaşdırma”  marafonu ölkəmizdə ekoloji tarazlığın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərin daha bir təzahürüdür. Birliyin reallaşdırdığı bu layihə də əhali tərəfindən razılıqla qarşılanıb. Nəsimi rayon sakini Azər Hüseynov bununla bağlı bildirdi ki, IDEA İctimai Birliyinin bu xeyirxah və vacib təşəbbüsü hamımızın ürəyindəndir. İnsanların sağlamlığının təminatına xidmət edən, ekologiyanın qorunmasına, ölkəmizin gözəl yaşıllıqlar məskəninə çevrilməsinə yönəlmiş aksiya böyük əhəmiyyət daşıyır. Bu nəcib təşəbbüs və həyata keçirilən  işlər xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Nəsimi rayonunda yaşıllaşdırma, abadlıq və yenidənqurma işləri mütəmadi olaraq həyata keçirilir və bu aksiyalarda sakinlər, idarə və təşkilatların nümayəndələri fəallıq nümayiş etdirirlər. IDEA İctimai Birliyinin “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonda ağacəkmə kampaniyası davam etdiriləcəkdir.

Ayaz HƏMİDOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında