Suraxanı rayonunda ağacəkmə kampaniyası uğurla davam edir

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında bu il noyabr ayının  5-dən start verilən ağacəkmə aksiyası uğurla həyata keçirilir.

Artıq ölkəmizin, eləcə də Bakının daha da abadlaşdırılması və çiçəklənməsinə yardımçı olan  “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində keçirilən iməciliklər  zamanı on minlərlə ağac əkilib. Layihə ilə bağlı görülən işlər Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət edir.

Bu nəcib təşəbbüsə ilk qoşulanlardan biri də Suraxanı olub. Rayonda ictimaiyyət nümayəndələri tərəfindən sözügedən layihə çərçivəsində indiyədək  reallaşdırılan ağacəkmə aksiyalarına qısaca nəzər salaq. Bu il noyabr ayının 8-də Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 318 nömrəli məktəbin qarşısında və Əmircan qəsəbəsi, Balandin küçəsində iməcilik təşkil edilib,  idarə və müəssisələrdə çalışan 300 nəfərdən artıq işçi tədbirdə iştirak edib. Həmin gün 800 ədəd zeytun və kiparis ağacı əkilib,  tinglərə  su verilib, ərazidə təmizlik işləri aparılıb. Noyabrın 15-də  Qaraçuxur, Əmircan və Hövsan qəsəbələrində keçirilən növbəti  aksiyada 700 ədəd  zeytun və kiparis tingisi basdırılıb. Yeni Suraxanı qəsəbəsi, Şahin Məhərrəmov küçəsində noyabrın 19-da keçirilən növbəti iməcilik zamanı  200 ədəd zeytun, noyabrın 22-də  isə 701 ədəd kiparis, palma ağacı və  dekorativ kol əkilib.

Ötən şənbə günü  Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Hövsan Aerasiya Stansiyasının ərazisində  keçirilən ağacəkmə aksiyası da yüksək mütəşəkkilliklə başa çatıb. Burada təşkil olunan aksiyada  800 ədəd zeytun və eldar şamı tingi əkilib, ərazidəki yaşıllıqlara aqrotexniki qulluq göstərilib və bir sıra abadlıq işləri aparılıb. Tədbirdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və rayondakı  müəssisələrin 350 nəfər işçisi iştirak edib.

Beləliklə, “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində indiyədək Suraxanı rayonunda 3541 ədəd ağac əkilib, iməciliklərdə 1280 nəfər iştirak edib.

Başçı İlqar Abbasov aksiyalarda iştirak edərək aparılan yaşıllaşdırma-abadlıq işləri ilə daim yaxından  maraqlanır, rayonda  yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işləri diqqət mərkəzində saxlayır.

Aksiya əhali tərəfindən böyük rəğbət və razılıqla qarşılanır. Sakinlərdən bir neçəsinin  fikirlərini diqqətə çatdırırıq.

Vəli Qasımov, Qaraçuxur qəsəbəsi, əmək veteranı:

– IDEA İctimai Birliyinin nəcib təşəbbüsü hamımızın ürəyindən xəbər verir. Yaşlı olmağıma baxmayaraq, mən də bu vacib işə həvəslə qoşulmuşam. Yusif Eyvazov küçəsi, 318 nömrəli məktəbin qarşısında bir neçə ağac əkmişəm. Yaşıllaşdırma ekologiyamızın qorunmasında, insanların sağlamlığında mühüm əhəmiyyət kəsb edir. Mən bundan sonra da belə aksiyalarda əlimdən gələni əsirgəməyəcəyəm...

Qabil Əsədov, Hövsan qəsəbəsi, müəllim:

– Yaşıllıqların azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq, insanları ağac əkməyə təşviq etmək və ətraf mühiti sağlamlaşdırmaq məqsədi daşıyan bu təşəbbüs bütün respublikamızda, eləcə də rayonumuzda böyük razılıqla qarşılanıb. Yaşıllıq təmiz hava, sağlam həyat deməkdir. Bu mühüm amili hamılıqla nəzərə almaq, dəyərləndirmək lazımdır. Hərəyə bir ağac əksək, ətraf gülüstana çevrilər...

Ekoloji sabitliyin təmin olunmasına və ətraf mühitin qorunmasına müsbət təsir göstərən  yaşıllaşdırma tədbirlərini rayon icra hakimiyyəti  bundan sonra da davam etdirəcəkdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında