Səbail rayonunda “Yaşıl marafon” uğurla davam edir

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə start götürmüş “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Səbail rayonunda da minlərlə ağac əkilmişdir.

Abbasqulu Abbaszadə küçəsi boyunca keçirilən novbəti iməcilikdə Səbail Rayon İcra Hakimiyyətinin, ərazidəki idarə və təşkilatların, təsərrüfat xidmətlərinin əməkdaşları ilə yanaşı, ali və orta məktəblərin kollektivləri, ümumilikdə, 500 nəfər iştirak etmişdir.

Səbail RİH-in sektor müdiri İsrafil Kərimov bildirdi ki, ölkəmizin, eləcə də paytaxtın abadlaşdırılmasına və çiçəklənməsinə yardımçı olan bu layihə çərçivəsində görülən işlər Prezident İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir. Səbaillilər də bu aksiylarda öncüllük göstərirlər.

Ötən şənbə havanın əlverişsiz olmasına baxmayaraq, səhər tezdən start götürən iməcilik böyük fəallıqla keçdi. Ərazidə əvvəlcədən təmizləmə və abadlaşdırma işləri görülmüşdü. Yol boyu yeni torpaq qatı salınmış, bura mineral gübrələr səpilmişdi. Yeni əkilən ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, kifayət qədər dekorativ ağac və gül kolları alınmışdı. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı, bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları da gətirilmişdi.

Gün ərzində davam edən aksiya zamanı 1000 ədəd yeni ağac və bu qədər də gül kolu basdırıldı, əvvəl əkilmiş 3 min ağaca qulluq göstərildi. Yol kənarlarında əkilən yeni fidanlar Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi istiqamətində görülən irimiqyaslı işlərin davamı oldu.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, əvvəlki iməciliklərdə olduğu kimi, bu dəfə də aksiyada iştirak etdi, kampaniyada fəallıq göstərən gənclərə IDEA İctimai Birliyinin “Yaşıl marafon” layihəsi, onun məqsəd və məramı barədə məlumat verdi. O qeyd etdi ki, ölkənin ekoloji mühitinin sağlamlaşdırılmasına xidmət edən bu nəcib təşəbbüsün dəstəklənməsi hər kəsin borcudur. Başçı ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verdi, özü də yaşıl tingləri torpağa basdırdı.

“Yaşıl marafon” çərçivəsində Səbail rayonunda noyabr ayında keçirilən iməciliklərdə 4000 ağac və gül kolu əkilmiş, yeni hazırlanmış sahəyə 3500 kvadratmetr qazon otu döşənmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında