Nəsimi rayonunda yaşıllaşdırma kampaniyası davam edir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ölkəmizdə artıq on minlərlə ağac əkilmişdir.

Marafona fəal qoşulmuş Nəsimi rayonunda bu istiqamətdə işlər getdikcə vüsət alır.

Dünən kampaniya çərçivəsində rayonda növbəti iməcilik keçirilmişdir. Cavadxan küçəsində keçirilmiş aksiyada Nəsimi Rayon İcra Hakimiyyətinin kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak edirdilər. Həmin gün ərazidə 100-dən çox həmişəyaşıl ağac əkilmişdir.

“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ölkəmizdə 1 milyondan çox ağac əkilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, IDEA İctimai Birliyi təsis edildiyi vaxtdan ölkədə yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə böyük önəm verilir və bu istiqamətdə uğurlu layihələr həyata keçirilmişdir. Birliyin həyata keçirdiyi bu layihə də əhali tərəfindən razılıqla qarşılanıb. Nəsimi rayon sakini Kamran İsmayılov bununla əlaqədar bildirdi ki, IDEA İctimai Birliyinin bu xeyirxah təşəbbüsü hamımızın ürəyimizdən xəbər verir. İnsanların sağlamlığına xidmət edən, ətraf mühitin mühafizəsinə, ölkəmizin yaşıllıqlarla zəngin diyara çevrilməsinə yönəlmiş aksiya olduqca böyük əhəmiyyət kəsb edir və xalqımız bu işləri yüksək dəyərləndirir.

Nəsimi rayonunda IDEA İctimai Birliyinin “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində aparılan ağacəkmə kampaniyası bundan sonra da mütəşəkkil surətdə davam etdiriləcəkdir.

Ayaz HƏMİDOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında