Nizami rayonunda növbəti ağacəkmə aksiyası keçirildi

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri

Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə “Ümumrespublika yaşıllaşdırma” marafonu keçirilir.

Hazırda sözügedən aksiya çərçivəsində  ölkəmizin bütün guşələrində müxtəlif növ ağac və bəzək kolları əkilir, yeni  yaşıllıq zolaqları salınır, mövcud yaşıllıqlara qulluq göstərilr.

“Ümumrespublika yaşıllaşdırma” marafonunun fəal iştirakçılarından sayılan paytaxtın Nizami rayonunda da ağacəkmə aksiyası uğurla davam etdirilir. Belə ki, həftənin beş günü ərzində rayonun səhiyyə və məktəbəqədər tərbiyə müəssisələrinin kollektivləri tərəfindən yaşıllıqların salınması üçün nəzərdə tutulmuş ərazilərdə müxtəlif növ ağac və bəzək kolları əkilir, abadlaşdırma işləri həyata keçirilir. Həftəsonu keçirilən şənbə iməciliklərində isə rayonun idarə və müəsisələrinin kollektivləri, eləcə də təhsil müəssisələrinin müəllim və şagirdləri yaşıllaşdırma aksiyasına öz töhfələrini verməyə çalışırlar. Sevindirici haldır ki, artıq bu nəcib təşəbbüsə rayon sakinləri də həvəslə qoşulurlar.

Yeri gəlmişkən, dünən Nizami rayonunda abad həyətlərin sırasına daha iki ünvan qoşuldu. Rayonun Əli Vəliyev küçəsi, 12 və Naxçıvanski, 51 ünvanlarında yaşayan sakinlərin fəal iştirakı ilə hər iki həyətdə müxtəlif növ həmişəyaşıl və dekorativ ağaclar əkildi, əraziyə asfalt döşəndi, yeni oturacaqlar qoyuldu, balacalar üçün yelləncəklər quraşdırıldı. 

Bütövlükdə isə dünən  keçirilən ümumrayon iməciliyində rayonun Əli Vəliyev, Naxçıvanski, Kamil Balakişiyev küçələrində və Qara Qarayev prospektində, eləcə də məktəblərin həyətlərində çoxsaylı ağaclar əkildi, abadlıq işləri görüldü.

Nizami Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, eləcə də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları tərəfindən Qara Qarayev prospekti, 81 ünvanında yaşıllıqların salınması üçün ayrılmış ərazidə səliqə-sahman yaradıldı, abadlıq işləri aparıldı, 200-dək Eldar şamı və digər növ həmişəyaşıl ağaclar əkildi. Eyni zamanda, təzə əkilən ağaclar suvarıldı, əvvəllər salınan yaşıllıqlara lazımi qulluq göstərildi.

Xatırladaq ki, bundan əvvəl də IDEA-nın təşəbbüsü çərçivəsində rayonda keçirilən iməciliklər zamanı yüzlərlə ağac və bəzək kolları əkilib. Bütövlükdə isə “Ümumrespublika yaşıllaşdırma” marafonunun həyata keçirildiyi günlərdə Nizami rayonu üzrə iki mindən artıq müxtəlif növ həmişəyaşıl və dekorativ ağacların, bəzək kollarının əkilməsi nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında