Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Avstraliyanın milli parklarında ətraf mühit və biomüxtəlifliyin qorunması işləri ilə tanış olub

 Avstraliyada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ətraf mühitin və biomüxtəlifliyin qorunması sahəsində bir sıra görüşlər keçirib.

Bu ölkənin bir sıra məşhur milli parklarını ziyarət edən Leyla Əliyeva Avstraliyanın zəngin biomüxtəlifliyi ilə yaxından tanış olub.

Heyvanların artırılma mərkəzlərinə baş çəkən Leyla Əliyevaya yox olma təhlükəsi ilə üzləşən heyvanlar, onların bərpa olunması üçün tətbiq edilən metodlar, bu heyvanların sayının artırılması vasitələri, həmçinin bu sahədəki qabaqcıl texnologiyalar barədə geniş məlumat verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar barədə, eyni zamanda, bu problemin aradan qaldırılması məqsədilə IDEA İctimai Birliyi tərəfindən görülən tədbirlər haqqında məlumat verib.

Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların qorunması istiqamətində bir sıra beynəlxalq təşkilatlarla da birgə iş aparıldığını bildirən Leyla Əliyeva bu heyvanların və biomüxtəlifliyin mühafizəsi sahəsində Azərbaycan ilə Avstraliya arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

 

AzərTAc

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında