Dağlıq və dağətəyi rayonlara qar yağıb

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 26-sı gündüzdən oktyabrın 27-si səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb, Lənkəran-Astara zonasında güclü olub.

Ən çox düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 14-77, Bakıda və Abşeron yarımadasında 1-19, Böyük Qafqazda 1-9, Kiçik Qafqazda 5-11, Qazax-Gəncə zonasında 1-7, Naxçıvan MR-da 1-8, Mərkəzi Aran rayonlarında 2-5 mm təşkil edib.

Oktyabrın 26-da maksimal temperatur Bakıda və Abşeron yarımadasında 7-9, Aran rayonlarında 7-10, dağlıq rayonlarda 7 dərəcəyədək, Naxçıvan MR-da 14-18 dərəcə isti təşkil edib.

Xatırladaq ki, oktyabrın 28-də ölkə ərazisində qeyri-
sabit hava şəraiti başa çatacaq.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında