Oktyabr ayında hava necə olacaq?

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində tərədddüd edəcəyi, birinci ongünlükdə müsbət anomaliyalar üstünlük təşkil etsədə, üçüncü ongünlükdə temperaturların  iqlim normasından bir qədər aşağı olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi dağlıq və dağətəyi ərazilərdə və Lənkəran-Astara zonasında iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Sinoptiklərin verdikləri proqnoza əsasən, oktyabr ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 11-16 dərəcə isti təşkil edəcək, lakin üçüncü ongünlüyün bəzi günlərində iqlim normasından bir qədər aşağı olacağı gözlənilir. Gündüzlər 18-23 dərəcə isti olacağı, birinci ongünlüyün bəzi günlərində 25-27 dərəcəyədək yüksələcəyi gözlənilir. Üçüncü ongünlüyün bəzi günlərində isə 12-16 dərəcə isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın ( norma 17-23 mm ) olacağı gözlənilir.

 

Qəzənfər   QASIMOV,
“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında