BMT-nin sammitində ­iqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycanın nailiyyətlərindən danışılıb

 Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 22-dən 24-dək BMT-nin Baş katibi Pan Gi Munun təşəbbüsü ilə Baş Məclisin 69-cu sessiyası çərçivəsində keçirilən iqlim sammitində iştirak edib.

Sentyabrın 22-də H.Bağırov sammit çərçivəsində torpaqların davamlı idarə edilməsi və eroziya proseslərinin qarşısının alınması üzrə sessiyada iştirak edib. Həmin gün nazir, həmçinin BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının baş katibi xanım Monik Barbu ilə görüşüb.

Sentyabrın 23-də H.Bağırov sammitin əsas plenar iclasında Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlər və bu istiqamətdə qarşıda duran vəzifələrlə bağlı çıxış edib. O, çıxışında qlobal iqlim dəyişmələrinin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu, Azərbaycanın yeni hazırlanan iqlim dəyişmələri üzrə qlobal razılaşmanı dəstəklədiyini bildirib. Nazir deyib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya edərək bu Konvensiyanın əlavə I qrupuna daxil olmayan tamhüquqlu tərəfi olduqdan sonra Konvensiyanın Kioto protokolu üzrə istilik effekti yaradan qaz tullantıları üzrə kəmiyyət öhdəliyi götürməməsinə baxmayaraq, bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirib. H.Bağırov Azərbaycanda görülən işlər - bərpa olunan enerjidən istifadə, günəş panelləri istehsal edən zavodun açılması, elektrik stansiyalarda mazutdan istifadəsinin dayandırılması və onun əvəzinə qazdan istifadə, qaz və elektrik enerjisinin istehlakı sahəsində smart kartların tətbiqi, enerji səmərəliliyi, yeni meşə sahələrinin salınması kimi tədbirlər nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 650-700 milyon ton karbon azaldılmasına nail olunduğunu vurğulayıb. O əlavə edib ki, bütün bu tədbirlər Azərbaycan dövlətinin öz maliyyə vəsaiti hesabına həyata keçirilib. Bu sahədə Azərbaycanın bir sıra sektorlarda-bərpa olunan enerji mənbələrindən istifadə, kənd təsərrüfatı, məişət tullantılarının idarə edilməsi, meşə massivlərinin salınması, enerji səmərəliliyi və s. potensialının olduğunu sessiya iştirakçılarının diqqətə çatdıran nazir deyib ki, gələcəkdə bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsi sahəsində  tullantıların daha da azaldılmasına nail olunacaq.

H.Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması və bir sıra digər layihələrin həyata keçirilməsi nəticəsində bu sahədə 2020-ci ilə qədər daha böyük uğurların əldə olunacağını vurğulayıb.

Sentyabrın 23-də H.Bağırov Polşanın iqlim dəyişmələri üzrə dövlət katibi Martin Korolets, BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının həyata keçirmələr üzrə orqanının sabiq sədri Tomas Xrussov ilə görüşüb.

Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər, İqtisadiyyat və Sənaye, Energetika nazirliklərinin nümayəndələri də olublar.

 

Yusif Babanlı,
AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında