“Təmiz Binəqədi” layihəsi çərçivəsində növbəti aksiya

 

2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar Binəqədi rayonunda “Təmiz Binəqədi” adlı sosial layihəyə start

verilmişdir.

Layihənin həyata keçirilməsində məqsəd Olimpiya Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv qaydada davam etdirmək və bu işlərə rayon ictimaiyyətində maraq yaratmaqdır.

İyulun 1-dən reallaşdırılan layihə ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən sərəncam imzalanmışdır. Həmin sərəncama əsasən Tədbirlər Planı təsdiq edilmiş, icrası məqsədilə komissiya yaradılmışdır.

Layihə çərçivəsində rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları ilə yanaşı,  Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəal gənclərinin də iştirak etdiyi növbəti aksiya 8-ci mikrorayon ərazisində keçirilmişdir. Şövkət Məmmədova, İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrində səliqə-sahman yaradılmış, adları çəkilən ərazilər tullantılardan təmizlənmişdir.

Tədbir iştirakçıları aksiyanın sonunda məhəllə parkında sakinlərlə birgə çay süfrəsi ətrafında konsertə baxmış, Tennis Akademiyasında isə Bakıda qadınlar arasında keçirilən “Baku Cup 2014" turniri çərçivəsində oyunu seyr etmişlər.

V. BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında