“Milan Expo 2015”də Azərbaycan pavilyonunun tikintisinə başlanılıb

2015-ci il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək “Milan Expo 2015” sərgisində iştirak edəcək Azərbaycanın milli pavilyonunun təməli qoyulub və ərazidə tikinti işlərinə start verilib. Bu barədə “Trend”ə Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan “Planeti qidalandırmaq, həyat üçün enerji” “Milan Expo 2015” sərgisində ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla təmsil olunacaq. Azərbaycanın bu sərgidə iştirakı üzrə təşkilatçı tərəfdaş olan Heydər Əliyev Mərkəzi hazırda milli pavilyonun dizaynı və məzmun konsepsiyası üzrə işlər aparır.

1,7 milyon kvadratmetr ərazidə təşkil olunacaq “Milan Expo 2015” sərgisində 142 ölkə iştirak edir. Hazırlıq işləri və təməlqoyma işlərinin yekunlaşmasına görə Azərbaycan bu ölkələr arasında ilk 10-luqdadır.

30 milyonadək ziyarətçinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan sərgidə məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət cəlb etməkdir.

“Milan Expo 2015” sərgisi Azərbaycanın tarixinin, mədəni irsinin dünyada tanıtımı və ölkənin iqtisadi-mədəni potensialının təqdimatı baxımından əhəmiyyət kəsb edir. Bu layihə həm də Azərbaycanın sağlam həyat mənbəyi olan ölkə kimi tanıdan özəlliklərinin, həyata keçirilmiş ekoloji layihələrin bir daha təqdim olunmasına imkan verəcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında