“Ağacların kəsilməsinə yox!” birgə proqramı çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılmışdır

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılmışdır.

Beləliklə, vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsi ilə şikayət və təkliflərini IDEA İctimai Birliyinə çatdıra bilərlər.

Vətəndaşlara qanunsuz ağac kəsimi ilə bağlı müraciətlərini IDEA İctimai Birliyinin rəsmi internet səhifəsinə (http://ideacampaign.org/az/file_uploads_aze.html ) daxil olmaqla ünvanlamaq imkanı da yaradılmışdır. Problemi daha dəqiq işıqlandırmaq üçün ağac kəsilən ərazinin fotolarını da veb səhifəyə yükləmək mümkündür.

İctimai Birlikdən AzərTAc-a daxil olan məlumata görə, proqram çərçivəsində yaradılmış mobil qrup daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplayacaqdır. Şikayət və təkliflər araşdırıldıqdan sonra toplanmış sübut və materiallar hadisə ilə bağlı qərar verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcəkdir. IDEA göndərilən müraciətlərdə öz əksini tapan problemlərin həlli prosesini izləyəcəkdir.

IDEA-ya daxil olan bütün müraciətlər təşkilatın rəsmi veb səhifəsində (http://ideacampaign.org/az/first_aid_to_the_nature/ ) xüsusi anket formalarda yer alacaqdır. Vətəndaşlar burada daxil olan müraciətlərlə yaxından tanış ola, onların gedişatını izləyə biləcəklər.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında