Qlobal istiləşmə və onun yarada biləcəyi təhlükə

 BMT-nin İqtisadi Sosial Surasının Əsas Məşvərətçi üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “İqlim dəyişikliyi və inkişaf” QHT Alyansı bu günlərdə  jurnalistlər üçün İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (İPCC) 5-ci Qiymətləndirmə Hesabatının 2-ci və 3-cü işçi qrupunun məlumatını açıqlamışdır.

BAMF-ın sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu qlobal istiləşmənin bəşəri təhlükəsi, bununla əlaqədar BMT-nin həyata keçirdiyi layihələr barədə məlumat vermişdir.

“İqlim dəyişikliyi və inkişaf” QHT Alyansının əlaqələndiricisi Aytəkin Əsgərova qlobal istiləşmənin gedişi və proqnozlaşdırılan təhlükə barədə 2-ci və 3-cü işçi qrupunun hesabatı barədə geniş məlumatı KİV təmsilçilərinə təqdim etmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional ekologiya idarəsinin rəisi İsa Əliyev, Respublika İqlim Dəyişmələri Mərkəzinin direktoru Gülmalı Süleymanov, Azərbaycan Dövlət Neft Şirkəti ekologiya və elm-texnika şöbəsinin müdiri Məhərrəm Mehdiyev qlobal istiləşmənin öyrənilməsi, nəzarətdə saxlanılması, bu bəşəri təhlükəyə qarşı mübarizədə ölkəmizin fəal iştirakı, ümumiyyətlə, respublikamızda ekoloji durumun yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı açıqlama vermişlər.

Brifinqdə mütəxəssislər fikir mübadiləsi aparmış, jurnalistləri mövzu ilə bağlı maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.

 

R. TAHİR,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında