Abşeron yarımadasının sürüşmə potensiallı ərazilərinin xəritəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadası üzrə sürüşmə potensiallı ərazilərin xəritəsini hazırlayaraq artıq Nazirlər Kabinetinə təqdim etmişdir. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov demişdir.

Onun sözlərinə görə, xəritədə sürüşmə potensiallı ərazilərin konturları və coğrafi koordinatları qeyd edilib. Xəritəyə Abşeron yarımadasındakı 12 sürüşmə ərazisi daxil edilmişdir. Həmin ərazilər Abşeron yarımadasının şərq, qərb, cənub hissələrindədir: "Xəritədə yalnız təhlükəli sürüşmə sahələri deyil, hazırda Bakı şəhərində olan sürüşmə baş vermiş və sürüşməyə meyilli ərazilər də göstərilmişdir. Bu gün Abşeron yarımadasında ən təhlükəli sürüşmə sahələri aktiv olan sürüşmə sahələridir. Zığda, Masazırda və digər ərazilərdə fəal sürüşmə sahələri vardır”.

S.Əmiraslanov demişdir ki, hazırda ölkə üzrə sürüşmə potensiallı ərazilərin xəritəsinin hazırlanması üzərində iş aparılır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında