Qubada qar örtüyünün hündürlüyü 75 santimetrə çatmışdır

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əvvəlcədən xəbər verdiyi kimi, ölkə ərazisində dekabrın 12-si gün ərzində, 13-ü səhərədək güclü şimal-qərb küləyi əsmiş, qar yağmışdır.

Nazirlikdən aldığımız məlumatda bildirilir ki, qar örtüyünün hündürlüyü Bakıda 4 sm, Qonaqkənd və Xaltanda (Quba) 65-75 sm, Xınalıqda 58 sm, Rvarudda 54 sm, Altıağacda 45 sm, Lerikdə 41 sm, Kəlvəzdə 36 sm, İsmayıllıda 31 sm, Yardımlıda 30 sm, Gədəbəydə 27 sm, Ağdərədə 26 sm, Qəbələdə 22 sm, Sarıbaş, Daşkəsəndə 20 sm, Göygöl, Qubada 14 sm, Oğuzda 13 sm, Zərdab, Naxçıvanda 11 sm, Şərur, Şahbuz, İmişli, Salyan, Göytəpə, Şəkidə 10 sm, Biləsuvarda 9 sm, Göyçayda 8 sm, Sabirabad, Zaqatala, Ağsu, Şamaxıda 6 sm, Naftalan, Lənkəranda 5 sm, Bərdə, Tərtərdə 3 sm, Mingəçevir, Kürdəmir, Cəfərxan, Xaçmaz, Neftçalada 2 sm, Gəncə, Tovuzda 1 sm təşkil etmişdir.

Dekabrın 12-si gün ərzində şimal-qərb küləyinin sürəti Şamaxıda 30 m/s, Neftçalada 26 m/s, Ağdərədə 20 m/s, Altıağac, Lənkəranda 17 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 25-27 m/s, bəzi yerlərdə 30 m/s olmuşdur. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4 metrə çatmışdır.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında