Ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunmuşdur

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Milli Hidrometeorologiya Departamentinin əvvəlcədən xəbər verdiyi kimi, dekabrın 3-ü gündüzdən 4-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişmiş, şimal-qərb küləyi şiddətlənmiş, əksər rayonlarda yağıntılı olmuş, bəzi yerlərdə intensivləşmiş, sulu qar və qar yağmışdır.

Abşeron yarımadasında axşam saatlarında yağışın sulu qara keçməsi qeydə alınmışdır. Şimal-qərb küləyinin sürəti Mingəçevirdə 35 m/s, Tərtərdə 33 m/s, Zərdabda 32 m/s, Bərdə, Naftalanda 30 m/s, Ceyrançöl, Göyçayda 28 m/s, Gəncədə 24 m/s, Ağstafa, Tovuz, Biləsuvarda 22 m/s, Xaçmaz, Yevlaxda 20 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 27-32 m/s-dək güclənmişdir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6,5 metrə çatmışdır.

Göygöldə 14 mm, Yardımlıda 12 mm, Daşkəsən, Altıağacda 11mm, Quba, Lerikdə 9 mm, Kəlvəzdə 7 mm, digər rayonlarda 0-6 mm, Bakıda və Abşeron yarımadasında 0.3-8 mm, Abşeron dəniz rayonunda 1-9 mm yağıntı qeydə alınmışdır. Bu rəqəm Qusar rayonunun Ləzə məntəqəsində 23 sm, Altıağacda 20 sm, Xaltan, Susay, Qonaqkənddə 18 sm, Rvarudda 16 sm, Lerikdə 15 sm, Yardımlıda 13 sm, Kəlvəz, Rük, Quba, Qusarda 12 sm, Küpçal, Təngəaltı, Nohurdüzündə 10 sm, Daşkəsən, Göygöldə 7 sm, Qırız, Xınalıqda 5 sm, Gədəbəy və Mərəzədə 3 sm olmuşdur.

Dekabrın 4-də gecə havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-3, aran rayonlarında 0-5 dərəcə isti, dağlıq rayonlarda 7-10 dərəcə şaxta, Naxçıvan MR-də 4 dərəcə şaxtadan 1dərəcəyədək isti təşkil etmişdir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında