Amur çayında suyun səviyyəsi 826 santimetrə çatmışdır

 

 

Xabarovsk ölkə hökumət komissiyasının iclasında hökumətin sədr müavini Andrey Volokjanin bildirmişdir ki, Komsomolsk-Amur şəhəri yaxınlığında Amur çayında suyun səviyyəsi 826 santimetrə çatmışdır.

Həmin ərazidə suyun böhran səviyyəsi 650 santimetr təşkil edir. Rusiya Fövqəladə Hallar Nazirliyi bir müddət əvvəl bildirmişdi ki, Komsomolsk-Amur yaxınlığında suyun səviyyəsi 930-980 santimetrə çata və 50 min nəfərin yaşadığı 600 ev suyun altında qala bilər. Komsomolsk-Amur Xabarovsk ölkəsində ikinci böyük şəhərdir, burada 250 min nəfər yaşayır. Şəhər iri sənaye mərkəzidir, “Suxoy” aviatikinti şirkətinin filialı, gəmiqayırma zavodu burada yerləşir.

Amurda suyun qalxması bir neçə həftədir ki, davam edir. FHN-in məlumatına görə Uzaq Şərq Federal Dairəsində 118 yaşayış məntəqəsi su altında qalmışdır ki, bunun da 61-i Xabarovsk ölkəsindədir. 4970 yaşayış evi, 96 avtomobil yolu, 76 avtomobil körpüsü subasma zonasında qalmışdır.

Avqustun 30-da təbii fəlakət zonasına gələn Vladimir Putin vertolyotla subasma zonasını müşahidə etmiş, istintaq komitəsinə göstəriş vermişdir ki, fəlakət zamanı yerli məmurların fəaliyyətinin qanuna və təlimatlara uyğunluğunu yoxlasınlar.

Samirə ƏLİYEVA, “Xalq qəzeti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında