Rəsədxana: Azərbaycanda geomaqnit gərginlik və maqnit qasırğası gözlənilmir

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov demişdir.

Onun sözlərinə görə, adətən Günəşdə baş verən alışmalar və tullantılar yerə 3-4 gün ərzində çatır: “Bizdə olan məlumata görə, son günlər Günəşdə tam sakitlikdir. Ona görə sabah qasırğanın baş verəcəyi ehtimalı sıfıra bərabərdir. Bu gün və ya sabah nəsə olsa, 3-4 gündən sonra maqnit qasırğasının olacağını gözləmək olar. Lakin bir şərtlə ki, Günəşdə atılan şüalar yerə tərəf yönəlsin. Bunun da ehtimalı çox azdır. NASA-nın peykləri bütün prosesləri izləyir və əvvəlcədən xəbərdarlıq edir. Yaxınlarda heç nə gözlənilmir”.

Qeyd edək ki, NASA-nın məlumatına görə, dünən Günəşin səthində baş verən partlayış nəticəsində kosmosa Günəş plazmasının axını baş vermişdir. Plazmanın Yer kürəsinə 3 gün ərzində çatacağı proqnozlaşdırılır. Bunun nəticəsində Yer kürəsində geomaqnit gərginlik və maqnit qasırğası gözlənilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında