Xəzər dənizinin Su Bioresursları Komissiyasının 33-cü iclası Azərbaycanda keçiriləcək

 

 

Xəzər Dənizinin Su Bioresursları Komissiyasının 33-cü iclası Azərbaycan tərəfinin sədrliyi ilə 24-25 aprel 2013-cü il tarixlərində Bakı şəhərində keçiriləcək.

İclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirmişlər ki, iclasın gündəliyinə, əsasən, balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2011-2012-ci illərdə görülən işlər barədə məlumat veriləcək, dəniz ekspedisiyalarının və elmi-tədqiqat işlərinin nəticələrinə əsasən balıq ehtiyatlarının müasir vəziyyəti barədə hesabatlar təqdim olunacaq, o cümlədən 2013-cü il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılacaq.

İclasda nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə də aydınlıq gətiriləcək. Belə ki, 18 noyabr 2010-cu ildə Xəzərətrafı dövlətlərin başçılarının Bakı şəhərində keçirilmiş sammitində Qazaxıstan Respublikasının Prezidentinin irəli sürdüyü nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması təklifi prezidentlər tərəfindən bəyənilmişdir. Bu təklifi həyata keçirmək məqsədilə Rusiya Federasiyası tərəfindən təklif edilmiş “Xəzər dənizində nərəcinsli balıqların ehtiyatlarının qorunması barədə” Saziş layihəsi müzakirəyə çıxarılacaq.

Bundan başqa, Türkmənistan Respublikası tərəfindən irəli sürülmüş “Xəzər dənizinin su bioresurslarının qorunması və ehtiyatlarından səmərəli istifadə edilməsi” barədə saziş layihəsi də müzakirə olunacaq.

Növbəti iki ildə sədrlik Komissiyanın nizamnaməsinə uyğun olaraq rotasiya qaydasında Rusiya Federasiyasına keçəcək.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında