Respublikanın çaylarında və transsərhəd çaylarda suyun səviyyəsi artır

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-220, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-200, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır. Hazırda məntəqədə su sərfi saniyədə 132 kubmetr, ongünlük normanın 84 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 136 kubmetr və ongünlük normanın 87 faizini təşkil etmişdi.

Yanvarın 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi saniyədə 60 kubmetr olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu illə müqayisədə bir qədər çox olmaqla 66 kubmetr təşkil etmiş və ongünlük normanın 99 faizinə bərabər olmuşdur.

Son günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım davam etməkdədir. Belə ki, yanvarın 18-dən etibarən Kür çayının Surra məntəqəsində 6 sm, Şirvanda 8 sm, Bankədə 9 sm, Salyanda 16 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm azalma qeydə alınmışdır. Səviyyələrin artmasına baxmayaraq, hazırda sabit sululuq müşahidə olunur.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 456 sm (2012-ci il yanvarın 21-də 541 sm), Şirvanda 335 sm (2012-ci il yanvarın 21-də 424 sm ), Salyanda 286 sm (2012-ci il yanvarın 21-də 395 sm), Bankədə 252 sm (2012-ci il yanvarın 21-də 301 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2012-ci il yanvarın 21-də 288 sm) təşkil edir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında