Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçirəcək. Son dövrlərdə Azərbaycanda artıq bu kimi beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi ənənəyə çevrilib.

2 mərhələdən ibarət Çempionatın I mərhələsi 18-19 yanvar (təsnifat - seçim yarışları),  II mərhələsi 26-27 yanvar 2013-cü il tarixlərində (çətinlik və sürət üzrə yarışlar) keçiriləcək.

İlbəil iştirakçıların sayı artan bu çempionata Rusiya, Türkiyə, Gürcüstan və İran idmançıları ilə birlikdə ümumilikdə 100-dən çox iştirakçının qatılacağı gözlənilir.

Beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq  təşkil olunan yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən Respublikanın müxtəlif bölgələrindən olan  klubların (Bakıdan “Ekosport”, “A+A”, “Climb-club”, “Rock stone”, “Meteor”, “Bakı Dövlət Universiteti”, “Qərb Universiteti idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, “Xəzər Universiteti idman klubu”, “İqtisad Universiteti idman klubu”, Qobustandan “Tanrıdağ”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ”, Zaqataladan “Mountain bee”, Qaxdan “Extremal”, Yardımlıdan “Kəmərqaya” və s.) idmançıları iştirak edəcək.

Ümid edirik ki, Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatında idmançılarımız əvvəlki illərdə olduğu kimi bu il də müvəffəqiyyətlə iştirak edəcəklər.

 

P.S. 14 yanvar 2013-cü il tarixədək FAİREX-in 103 idmançısı yarışlara qatılmaq üçün qeydiyyatdan keçib. Qeydiyyat 17 yanvar 2013-cü il tarixədək davam edəcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri  Federasiyasının Mətbuat Xidməti

"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında