Mingəçevirdə sürüşmə sahəsində avtomatik xəbərdarlıq və monitorinq sistemi yaradılmışdır

Mingəçevir su anbarının sağ sahilində mühafizə bəndində baş vermiş çökmə və Yuxarı Qarabağ kanalının giriş hissəsinin yaxınlığındakı sürüşmə sahəsinə yaponiyalı mütəxəssislərlə birlikdə keçirilən vizual mühəndis-geoloji baxışın nəticələri əsasında sürüşmə ərazisinin tədqiq edilməsi üçün 3 profil üzrə 11 quyu qazılaraq ölçü işləri və analizlər aparılmışdır.

Mingəçevir su anbarının sağ sahilində mühafizə bəndində baş vermiş çökmə və Yuxarı Qarabağ kanalının giriş hissəsinin yaxınlığındakı sürüşmə sahəsinə yaponiyalı mütəxəssislərlə birlikdə keçirilən vizual mühəndis-geoloji baxışın nəticələri əsasında sürüşmə ərazisinin tədqiq edilməsi üçün 3 profil üzrə 11 quyu qazılaraq ölçü işləri və analizlər aparılmışdır.

AzərTAc xəbər verir ki, bunu dekabrın 15-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin yaradılmasının yeddinci ildönümü ilə əlaqədar keçirilən mərasimdə demişdir.

K.Heydərov bildirmişdir ki, sürüşmə sahəsində baş verən prosesləri tədqiq etmək üçün Mingəçevir sürüşmə sahəsində xüsusi cihazlar quraşdırılaraq avtomatik xəbərdarlıq və monitorinq sistemi yaradılmışdır.

Nazir onu da vurğulamışdır ki, cari ilin mayında Dövlət Bayrağı Meydanı ətrafındakı dəniz akvatoriyasında 1500 kvadratmetr və 50 kvadratmetr sahədə, qalınlığı 19 santimetr olan xam neft dağılmış ərazi mümkün qısa vaxt ərzində müvəffəqiyyətlə təmizlənmiş, 143 kubmetr neftli məhlul yığılaraq aidiyyəti üzrə təhvil verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında