Ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə təlim keçirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Avropa Ətraf Mühit Agentliyi və Slovakiyanın Ətraf Mühit Agentliyi tərəfindən Azərbaycanda ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə 3 günlük təlim sessiyası keçirilir. Layihə çərçivəsində  keçirilən praktik təlimlər ətraf mühit üzrə seçilmiş göstəricilərin, qiymətləndirmə alətlərinin və hesabatvermənin icra edilməsində milli mütəxəssislərin mövcud potensialının artırılmasına kömək göstərəcək.

Qeyd edək ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən layihə biomüxtəliflik, su, torpaq, tullantılar, hava, kommunikasiya və ekoloji qiymətləndirmələr sahəsində potensialın formalaşdırılmasına xidmət edir. Dörd illik layihə çərçivəsində ətraf mühit üzrə Birgə Ekoloji İnformasiya Sisteminin (SEİS) prinsipləri və təcrübələri altı ölkə arasında həyata keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, layihə ətraf mühit üzrə Birgə Ekoloji İnformasiya Sistemi II Şərq layihəsi Avropa İttifaqının Avropa Qonşuluq Aləti (ENI) tərəfindən maliyyələşdirilir və ekoloji idarəetməni gücləndirməklə ətraf mühitin mühafizəsinin təşviqinə dəstək məqsədi daşıyır.

             Qəzənfər QASIMOV,
             “Xalq  qəzeti”

 

                           

               

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında