“Milli Meşə Proqramının yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması” mövzusunda tədbir keçirilir

eco.gov.az saytından aldığımız xəbərə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (BMT/FAO) birgə əməkdaşlığı çərçivəsində 11-12 iyul 2018-ci il tarixlərində Milli Meşə Siyasəti Dialoqu “Milli Meşə Proqramının (MMP) yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması” mövzusunda  tədbir keçirilir.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral, BMT/FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri xanım Mələk Çakmak, UNECE/FAO Meşə və oduncaq bölməsinin müavini cənab Əkrəm Yazıcı, FAO-nun Mərkəzi Asiya üzrə subregional ofisinin meşə mütəxəssisi Peter Peçaçek, Türkiyənin Meşə və Su İşləri Nazirliyinin, Meşə Təsərrüfatı üzrə Baş Direktorluğunun, Milli Məclisin, Mədəniyyət və Kənd Təsərrüfatı Nazirliklərinin, Dünya Bankının, BMT-nin İnkişaf Proqramının nümayəndələri, QHT, ali təhsil müəssisələrinin və ETSN-nin əməkdaşları iştirak edir.

Azərbaycan Respublikasının Milli Meşə Proqramı 2030-cu ilədək müddəti əhatə edir. Milli Meşə Proqramının əsas məqsədi uzun müddətli ölkənin meşələrinə dair ictimai gözləntilərin dayanıqlılığını təşviq etmək, meşə təsərrüfatının idarə edilməsi və hökumətin meşə siyasətini, sürətli struktur dəyişikliklərini reallaşdırmaq, milli meşələrin idarəedilməsi üzrə institutsional və hüquqi bazanın inkişafı üçün çətinlikləri və  inkişaf vasitələrini aşkarlamaqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi FAO ilə birgə bir sıra layihələrin həyata keçirilməsində yaxından əməkdaşlıq edib və ölkəmizdə meşəçilik sektorunun inkişaf etdirilməsinə dəstək göstərmək məqsədilə əvvəlki illərdə “Azərbaycan Milli Meşə Proqramı”nın işlənilməsinə dəstək göstərib.

Gələcəkdə yeni meşələrin salınması hesabına meşə ilə örtülü ərazilərin genişləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi istiqamətində daha aktiv fəaliyyət göstərilməsi üçün Milli Meşə Proqramının yenidən işlənib hazırlanması qərara alınıb.

Qeyd edək ki, Azərbaycanda dövlətə məxsus olan meşələr qoruyucu  funksiyaları yerinə yetirməklə birinci qrupa aiddir. Meşələrin mühafizəsi və idarə olunması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən həyata keçirilir. Departament dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərini, əkin materiallarının yetişdirilməsini, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünü, meşə fondu torpaqlarının dövlət uçotunu və meşə kadastrının aparılmasını, meşələrə xidmət işlərini və digər meşə təsərrüfatı tədbirlərini, o cümlədən fəaliyyət zamanı  meşə qanunvericiliyinin icrasına nəzarəti həyata keçirən orqandır.

 

İsaq Əmənullayev
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında