Milli Parklar ekoloji turizm üçün əlverişli təbiət əraziləridir

Azərbaycan zəngin flora və faunası ilə böyük ekoturizm potensialına malikdir. Ekoturizm təbiətdən zövq almaq, istirahət məqsədilə istifadənin yeni forması olmaqla yanaşı, rekreasiya ehtiyatlarından düşünülmüş şəkildə istifadə etməyi, bioloji müxtəlifliyin qorunmasını təbliğ etməkdir. Milli parklar ölkədə ekoloji turizm sahəsinin inkişafı üçün əlverişli təbiət əraziləridir.

Hazırda ölkədə milli park statuslu qorunan ərazilərin sayı 9-dur. Milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 ədəd turist marşrutu fəaliyyət göstərir. Turistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytında “Xidmətlər” bölməsinə daxil olub istədikləri milli parka onlayn bilet əldə edə bilərlər. Həmçinin onların milli parklara girişinin asanlaşdırılması məqsədilə hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də həyata keçirilir.

Milli parklara daxil olmaq və turist marşrutları ilə hərəkət etmək üçün giriş haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarına əsaslanır və adambaşına 2 manat təşkil edir, 6 yaşa kimi uşaqlar, məktəblilər (siniflərlə) və milli qəhrəmanlar isə giriş haqqından azaddırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 2018-ci ilin 6 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara ümumilikdə 24 261 nəfər turist səfər edib, bunların 21 223 nəfəri yerli, 3038 nəfəri xarici vətəndaş olub. Ötən illərin 6 ayı ilə müqayisədə turistlərin sayında artım müşahidə olunur.

             Qəzənfər  QASIMOV,

             “Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında