Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə növbəti aksiya keçirilib

eco.gov.az saytından verilən xəbərə görə, Polietilen torbalardan və plastik butulkalardan istifadənin azaldılması istiqamətində aparılan maarifləndirici layihələr çərçivəsində   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə növbəti aksiya keçirilib.

“Yaşıl fikirlə sağlam gələcəyə!” devizi altında bir neçə marketdə keçirilən aksiyada alıcılara eko çantalar paylanılıb.

Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin tədricən azaldılmasına nail olmaq, alternativ vasitə olan eko çantalardan istifadəyə üstünlük  verməkdir. Ümid edirik ki, əhali ətraf mühitin qorunmasına töhfə olaraq polietilen torbalara yox deyərək eko çantalardan istifadə edəcək. Sosial aksiyada Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Şuranın sədri Sevil İsayeva, Eco Baku QHT-nin sədri Sarita Vaid iştirak edərək alıcılara polietilen torbaların ziyanı barədə ətraflı məlumat verib.

Qeyd edək ki, plastik tullantıların düzgün idarə edilməsi və polietilen məmulatlardan istifadənin məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü çərçivəsində sosial aksiyaların keçirilməsi davam etdirilir. 

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında